
Maşından dollar və qızıl oğurlayan tutuldu
Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən içərisində 700 dollar və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Əzimov saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş F.Ağayevin ətrafında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun oktyabrın 7-dən 21-dək olan müddətdə Lökbatan, Puta və Abşeron dəmir yolu stansiyalarının ərazisində, ümumilikdə 5 transformatorun mis sarğılarını sökərək oğurlaması da müəyyən edilib.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini V.Alışov oktyabrın 4-də saat 4 radələrində rayon ərazisində mobil telefonunun oğurlanmasını bildirib.
Geçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini B.Məmmədov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 6-da “Opel” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28