Maşını kəsib, sürücünü çıxardılar
09 may 2013 07:44 (UTC +04:00)

Maşını kəsib, sürücünü çıxardılar

0

 Bakıda iki yük maşını toqquşub, yaralı var.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda "SHACMAN" markalı iki yük avtomobili toqquşub.

 

Bu barədə nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olan kimi xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə nəticəsində yük maşınlarından birinin sürücüsü xəsarət alıb. Xilasediclər onu sıxılmış vəziyyətdə qaldığı maşından xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1437

Oxşar yazılar