Maşınını aşırtdı - Sərnişini öldü
25 noyabr 2017 12:25 (UTC +04:00)

Maşınını aşırtdı - Sərnişini öldü

0

Noyabrın 24-də saat 14 radələrində Ağdaş rayonunun Nemətulla kəndi ərazisində Bakı şəhər sakini Seymur İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə onun sərnişinlərindən paytaxt sakini Ruhiyyə Məmmədova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar