Mayın 10-da Bakıda yollar bağlı olacaq - SİYAHI
08 may 2013 14:43 (UTC +04:00)

Mayın 10-da Bakıda yollar bağlı olacaq - SİYAHI

0

 

Bakıda mayın 10-da bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

 

Məlumata görə, Heydər Əliyevin 90 illik yubiley mərasiminin keçirilməsi məqsədi ilə mayın 10-da saat 07.30 dan M.Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr binasının yanından  Parlament prospekti ilə  kəsişən bütün küçə və yollarda  avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Həmçinin Şəmsi Bədəlbəyli küçəsinin Bülbül və Rəşid Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə avtomobillərin hərəkətinə tədbir bitənə qədər tam məhdudiyyət qoyulacaq.
 

V. Əsədov Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək “Gül bayramına” gələn şəhər sakinlərin və qonaqların nəzərinə çatdırıb ki, tədbirə giriş Mili Konservatoriyanın inzibati binasının qarşından olacaq.

 

BŞDYPİ əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1897

Oxşar yazılar