Məcburi köçkünlər yolu bağladılar
15 aprel 2013 22:44 (UTC +04:00)

Məcburi köçkünlər yolu bağladılar

0

Bu gün Bakıda bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib. ANS PRESS-in verdiyi xəbərə görə, aksiyaya toplaşan şəxslərin bəziləri dövlət komitəsi tərəfindən onlara evlərin verilməməsinə etiraz ediblər. 

Digər şəxslər isə onlara verilən evlərdən narazı olduqlarını bildiriblər. Şikayətçilər Komitə sədri Əli Həsənovla görüşmək istəsələr də əraziyə toplaşan 50-ə yaxın polis buna imkan verməyib. Yolu bağlamaq istəyən 250-300 nəfər sakinə polis müdaxilə edib. Aksiya keçirən köçkünlərin nümayəndəsi komitə sədri ilə görüşdürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1825

Oxşar yazılar