Məmmədyarova uddu, Məmmədova uduzdu
27 fevral 2013 13:25 (UTC +04:00)

Məmmədyarova uddu, Məmmədova uduzdu

0

İslandiya paytaxtında keçirilən ənənəvi “Reykyavik Open 2013” beynəlxalq şahmat turniri davam edir. Lent.az-ın məlumatına görə, Azərbaycanı qadınlardan ibarət milli komandamızın üzvləri, beynəlxalq qrossmeysterlər Türkan Məmmədyarova və Gülnar Məmmədova təmsil edirlər.

 

9-cu turda Gülnar Məmmədova ukraynalı Mixaylo Aleksiyenkoya uduzub. Məmmədovanın hazırda 5 xalı var. Türkan Məmmədyarova isə  İslandiya şahmatçısı Tinna Kristin Finnboqadottiri məğlub edərək aktivinə 5.5 xal yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar