Milli Qəhrəmanımızın anası vəfat edib
13 mart 2013 17:09 (UTC +04:00)

Milli Qəhrəmanımızın anası vəfat edib

0

Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Riad Əhmədovun anası Bahar Əhmədova vəfat edib. Lent.az-ın məlumatına görə, Əh­mə­dov Riad Fik­rət oğ­lu 1956-cı ildə Ba­kı şə­hə­rin­də ana­dan olub. 1981-ci ildən dövlət təhlükəsizlik orqanlarında xidmət edib. Müstəqil Azərbaycan Respublikasının Ermənistan tərəfindən təcavüzə məruz qaldığı illərdə Riad Əhmədov da digər vətənpərvərlər kimi ilk könüllülərin ön cərgəsində durub. Dəfələrlə hərbi əməliyyatlarda iştirak edib, yaralanıb.   

 

1992-ci il­ yan­var ayı­nın 25-də pol­kov­nik-ley­te­nant Riad Əh­mədo­v Qarabağda Vətən uğrunda hərbi döyüşlər zamanı Da­şal­tıda keçirilən əmə­liyya­t vaxtı itkin düşüb. 1992-ci ildə Əh­mə­dov Riad Fik­rət oğ­luna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2203

Oxşar yazılar