Sabah daha 2 küçədə təmir BAŞLAYIR
04 sentyabr 2026 15:30 (UTC +04:00)

Sabah daha 2 küçədə təmir BAŞLAYIR

0

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar