Moskvada 5 azərbaycanlı saxlanıldı
18 may 2013 22:23 (UTC +04:00)

Moskvada 5 azərbaycanlı saxlanıldı

0

 

Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən “Porsche Cayenne” və “Volkswagen Multivan” markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

 

 

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb. Məlumata görə, onların üzərinə baxış zamanı bir ədəd start tapançası aşkar edilərək götürülüb.

 

 

Fakt üzrə araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1199

Oxşar yazılar