Mövqelərimiz atəşə tutulub
07 may 2013 09:55 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunın Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi  atəşə tutublar. Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar