Mövqelərimiz atəşə tutulub
05 iyun 2013 09:51 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi  atəşə tutublar. Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

# 317
avatar

Oxşar yazılar