Müşfiqabadda faciəli qəza: ata ilə oğlu ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
22 yanvar 2014 04:02 (UTC +04:00)

Müşfiqabadda faciəli qəza: ata ilə oğlu ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

0
Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford" markalı yük avtomobili ilə VAZ-2107 markalı minik maşını toqquşub.

 

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979 Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3408

Oxşar yazılar