Nardaranda növbəti dəfə xeyli silah-sursat tapıldı
03 may 2018 12:08 (UTC +04:00)

Nardaranda növbəti dəfə xeyli silah-sursat tapıldı

0
Qanunsuz saxlanılan silah-sursat aşkar edilib.  DİN Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsindəki qəbiristanlıqdan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd patron darağı (AK-74 silahına aid), 1 ədəd “F-1” markalı qumbara, 4 ədəd bıçaq və 312 ədəd patron tapılıb.
 
 
 
Aparılmış profilaktiki tədbirlər nəticəsində Şirvan şəhər sakini Taleh Məmmədov “İJ” markalı pnevmatik tüfəngi könüllü olaraq Şəhər Polis Şöbəsinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar