Neftçalada ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Neftçala rayonu, Xol Qaraqaşlı kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.