Dekabrın 19-da Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edərək, istintaqın düzgün aparılmadığını deyiblər. Daha sonra Nigar Yaqublu son söz deyib. O, baş verən hadisənin onun üçün ağrılı olduğunu və özünü təqsirli bildiyini söyləyib.
Məhkəmənin müşavirəsindən sonra hökm oxunub. Qərara əsasən, Nigar Yaqublu cəzasını məntəqə tipli müəssisədə çəkməklə 2 il 6 ay azadlıqdan, 2 il isə avtomobil idarə etməkdən məhrum edilib.
Xatırladaq ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.