Nyu-Yorkun Manhetten rayonunda yaşayış evində baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə şəhərin Yanğından Mühafizə Xidmətinin “Tvitter”ində bildirilir.
Məlumata əsasən, yanğın zamanı 4 yanğınsöndürən və bir sakin xəsarət alıb. Onların həyatların təhlükə olmadığı bildirilir.