Oğurluğa görə bir qrup şəxs tutulub
27 yanvar 2018 11:22 (UTC +04:00)

Oğurluğa görə bir qrup şəxs tutulub

0

Yanvarın 26-da ölkə ərazisində baş vermiş bir neçə oğurluq hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 17-dən bu il yanvarın 25-dək olan müddətdə rayon ərazisindəki 7 evdən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nicat Ağabəyov, Elşad Nəsirov və Əskər Əkbərov saxlanılıb.

 

Həmçinin, Suraxanı RPİ  30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 20-də rayon ərazisindəki mağazaların birindən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bəhruz Qəhrəmanov da saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr-dekabr ayları ərzində 5 avtomobildən akkumulyator və inşaat materialları, habelə 1 həyətyanı sahədən 10 ev quşu oğurlaması da müəyyən edilib.

 

Yanvarın 25-də Biləsuvar rayonundakı evlərin birindən 2300 manat pul oğurlamaqda şübhəli bilinən, Əliabad kənd sakini olan yeniyetmə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Habelə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 150 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən  şəhər sakini Orxan Abbasov da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar