
Oğurluq edən keçmiş məhkum tutuldu
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 26-da Sabirkənd kəndinin ərazisində 60 ailənin istifadə etdiyi 4 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqillərin 106 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan A.Tağıyevin ətrafında Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun sentyabrın 26-da Qalakənd kəndinin otlaq sahəsindən kənd sakini F.Rzayevə məxsus 4 baş inəyi oğurlaması da müəyyən edilib.
Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisində 2 avtomobildən pul, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Balayev saxlanılıb.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28