Oğuza gəzintiyə gedən müəllim qəfil öldü
25 iyul 2017 23:52 (UTC +04:00)

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

0

Bakıdan Oğuza gəzintiyə gedən müəllim yolda ölüb. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, bu gün Ağdam Rayon Təhsil Şöbəsinin Bakıda fəaliyyət göstərən 71 nömrəli məktəbin müəllim kollektivi Oğuz rayonuna gəzintiyə gedib. Onlar gəzintidən qayıdarkən məktəbin 59 yaşlı Qüvvət adlı hərbi rəhbəri yolda dünyasını dəyişib.  Hadisə Qəbələ rayonu ərazisində baş verib.

 

APA-nın əldə etdiyi xəbərə görə, müəllimin həyatını itirməsinə səbəb ürək çatışmazlığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar