Oqtay Gülalıyevin oğlu bıçaqlanıb
24 sentyabr 2013 17:00 (UTC +04:00)

Oqtay Gülalıyevin oğlu bıçaqlanıb

Sentyabrın 23-də axşam saatlarında ictimai fəal Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə hücum edilib. Lent.az-ın Turan-a istinadən verdiyi məlumata görə, 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüb və iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi səciyyələndirilir.

                                  

Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsindən Lent.az-a bildirilib ki, O.Gülalıyev oğlunun döyülməsi və bıçaqlanması ilə bağlı polisə müraciət edib. Polisdən verilən məlumata görə, hazırda müraciətlə bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, hadisə saat 22 radələrində Gülalıyevlərin yaşadığı NZS qəsəbəsində baş verib. Əli Gülalıyev sinif yoldaşından dərsliyi almaq üçün evdən çıxıb. Qayıdarkən evlərindən təxminən 100 metr məsafədə 4-5 gənc ona hücum edib, döyməyə başlayıb, sol əlinə və sol buduna iki bıçaq xəsarəti yetiriblər. Çox qan itirən gənci təsadüfən yoldan keçənlər evə gətiriblər. Yaralarının dərinliyi 12 sm təşkil edib.

 

 

# 1348
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21