Keşlədə 61 fərdi ev təmir ediləcək
28 aprel 2026 12:40 (UTC +04:00)

Keşlədə 61 fərdi ev təmir ediləcək

0

Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi (bank xərcləri daxil olmaqla) təmin edilməlidir./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar