Dünya çempionatının hakimi əxlaqsızlığa görə  saxlanıldı
28 aprel 2026 14:47 (UTC +04:00)

Dünya çempionatının hakimi əxlaqsızlığa görə saxlanıldı

0

Böyük Britaniya polisi UEFA-nın hakimini yetkinlik yaşına çatmayan şəxsə qarşı nalayiq hərəkətlərdə şübhəli bilinərək saxlayıb.

Lent.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, hakim oyunu idarə etmək üçün Böyük Britaniyaya gəlib. Oteldə olarkən o, yeniyetməyə onun razılığı olmadan toxunub və onu öz otağına cəlb etməyə çalışıb. Hadisə barədə polisə zərərçəkmiş şəxs və ya onun dostu məlumat verib. Hakim otelə qayıtdıqdan sonra UEFA nümayəndələrinin iştirakı ilə saxlanılıb. Bildirilir ki, dindirildikdən sonra o, girov qarşılığında sərbəst buraxılıb.

“The Sun” yazır ki, şübhəli şəxs qarşıdan gələn dünya çempionatı oyunlarında işləmək üçün seçilmiş hakimlər siyahısında olub. FIFA isə bildirib ki, araşdırma müddətində hakim yarışlara cəlb olunmayacaq. UEFA da onu müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar