
Ötən gün 29 cinayətkar saxlanılıb
Daxili İşlər Nazirliyi ötən gün respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən müəmmalı qalan 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Oxşar yazılar
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21
Qəbələdə FACİƏ: evdən meyit tapıldı
15 avqust 2025 , 09:37
Xaçmazda QANLI HADİSƏ: tanışını bıçaqladı
15 avqust 2025 , 09:23
Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb öldü
15 avqust 2025 , 08:38
Naxçıvanda AĞIR QƏZA: ölənlər var - VİDEO
15 avqust 2025 , 00:50
Qazaxda açıq ərazidə baş verən YANĞIN: söndürüldü-VİDEO
14 avqust 2025 , 20:58