Ötüşən avtomobillər aşıb, xəsarət alanlar var
19 dekabr 2012 23:40 (UTC +04:00)

Ötüşən avtomobillər aşıb, xəsarət alanlar var

0

Mingəçevir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən və bir-birini ötməyə çalışan 90-NK-770 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili və 03-BR- 757 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb. “KİA”nın sürücüsü idarəetməni itirdiyindən avtomobilini yolun kənarındakı istinad divarına çırparaq aşırıb. Sonra avtomobilin fırlanaraq parkda diametri 80 sm olan ağacı da ortadan sındırıb.

“Hyundai Elantra” markalı avtomobil isə yolun o biri tərəfində divara çırpıldıqdan sonra bir neçə dəfə aşıb. Nəticədə hər iki avtomobil tanınmaz hala düşüb və sürücülər xəsarət alıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1395

Oxşar yazılar