Poçt şöbələrinə basqın olunub
24 dekabr 2012 22:02 (UTC +04:00)

Poçt şöbələrinə basqın olunub

0

Mingəçevir şəhərində poçt şöbələrinə basqın olub. APA-nın məlumatına görə naməlum şəxslər dekabrın 24-də gecə saatlarında Mingəçevir Mərkəzi Poçtamtının 2 və 5 saylı poçt şöbələrinin pəncərəsindəki dəmir çərçivələri sındıraraq içəri daxil olublar. İki saylı poçt şöbəsindən içərisində 145 manat pul olan dəmir seyf aparılıb. Oğrular digər poçt şöbəsindən isə əliboş çıxıblar. Hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1219

Oxşar yazılar