Polis  küllü miqdarda narkotik aşkarladı
03 may 2018 12:04 (UTC +04:00)

Polis küllü miqdarda narkotik aşkarladı

0
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.  DİN Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan  Lənkəran rayon sakini Elman Sadıxzadədən çəkisi 6 kiloqram 320 qram tiryək aşkar edilib. 
 
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Nizami Baxışovun yaşadığı evdən əlavə olaraq çəkisi 380 qram marixuana aşkar edilərək götürülüb.  
 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.  
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 
Faktlarla bağlı araşdırmalar aparılır. 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar