Polis bir neçə şəxsdən müxtəlif növ silahlar götürdü
26 yanvar 2018 11:34 (UTC +04:00)

Polis bir neçə şəxsdən müxtəlif növ silahlar götürdü

0

Yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşları  Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırovu saxlayıb.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Həyata keçirilən digər tədbirlər nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Həsənabad qəsəbə sakini Çingiz Ağayevin yaşadığı evə baxış zamanı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Göyçay rayon sakini Daşqın Məmmədovdan ümumilikdə 2  ədəd müvafiq sənədləri olmayan “ТОZ” markalı tüfəng götürüblər. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar