Xəzər rayon Polis İdarəsi CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bilgəh qəsəbə sakinləri – Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir aprelin 26-da yaxalanıblar. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, onlar aprelin 1-nə keçən gecə H.Eyvazov küçəsində yerləşən, Şakir Nəbiyevə məxsus mağazanın qapısını sındırma yolu ilə daxil olub orada quraşdırılmış bankomatdan oğurluğa cəhd edib, aprelin 19-na keçən gecə R.Məmmədov küçəsində yerləşən 4 saylı QİS-nin inzibati binasında quraşdırılmış ödəniş terminalını sındırma yolu ilə 1592 manat oğurlayıb, aprelin 25-nə keçən gecə isə Milli Aviasiya Akademiyasının qarşısında yerləşən yeraltı keçiddə olan ödəniş terminalını oğurluq məqsədi ilə sındırıblar. Bundan başqa onların Sabunçu rayonu ərazisində də cinayət törədəkləri öyrənilib. Saxlanılan şəxslər martın 26-na keçən gecə Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsində yerləşən QİS-in otağından 2 ədəd ödəniş terminalı oğurlayıblar.
Xəzər RPİ PPXB və 2-ci PB əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əfqan Abdullayev aprelin 26-da yaxalanıb. Məlum olub ki, o, fevralın 15-nə keçən gecə Ədalət Rzayevə məxsus Buzovna qəsəbəsi Təmənis yeni yaşayış sahəsindəki evin darvazasını, aprelin 24-də isə Abşeron küçəsində yerləşən, Tahir Alıyevə məxsus mağazadan pəncərənin nəfəsliyini sındırma yolu ilə tütün məmulatları və danışıq kartları oğurlayıb.
Bundan başqa Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Buzovna qəsəbə sakinləri - Nəriman Şükürov, Zaur Rzayev və Ruslan Cumayev də aprelin 26-da tutulub. Məlum olub ki, onlar 2012-ci il avqusutun 31-də M.Namazov küçəsində yerləşən, Fikrət İsmaylova məxsus mağazadan 60 manat və tütün məmulatları, bu il martın 22-nə keçən gecə R.İmanov küçəsində yerləşən, Rahib Əliyeva məxsus «Topaz» məntəqəsindən noutbuk, aprelin 22-nə keçən gecə isə həmin küçədə yerləşən, Cəlal Hacıyevə məxsus mağazadan 7 ədəd mobil telefon oğurlayıblar.