Polis şöbəsində intihara cəhd edən şəxs xəstəxanada öldü
15 aprel 2013 13:41 (UTC +04:00)

Polis şöbəsində intihara cəhd edən şəxs xəstəxanada öldü

0

Bir neçə gün öncə Lənkəran Rayon Polis Şöbəsində intihara cəhd edən şəxs bu gün xəstəxanada vəfat edib.


 

Bu barədə APA-ya Lənkəran Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, aprelin 11-də özünü Polis Şöbəsinin ikinci mərtəbəsindən ataraq intihara cəhd edən 1969-cu il təvəllüdlü Velədi kənd sakini, əvvəllər məhkum olunan Cəmil Babayev bu gün xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi aprelin 12-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, aprelin 11-də saat 12.00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1094

Oxşar yazılar