Polislərin yaxınlaşdığını görüb <span style="color:red;">bıçağı qarnına soxdu
22 fevral 2016 15:19 (UTC +04:00)

Polislərin yaxınlaşdığını görüb bıçağı qarnına soxdu

0

Şirvan sakini özünü bıçaqlayıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə almış həmyerlisi, əvvəllər məhkum olunmuş Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə xəsarət yetirib. O, bıçaqla qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib. P.Muradov xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar