Dekabrın 24-də Qazax rayonunda 5 nəfər pomidor turşusundan zəhərlənib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon sakinləri Aynur Əliyeva, onun 3 azyaşlı övladı və qonağı Fərqanə Eyyubova qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Zəhərlənmiş şəxslərə tibbi yardım göstərildikdən sonra buraxılıb.