Prezidentliyə keçmiş namizədin işi araşdırılır
25 aprel 2013 02:34 (UTC +04:00)

Prezidentliyə keçmiş namizədin işi araşdırılır

0

 

Venesuela Milli Assambleyası müxalifət lideri Enrike Kapriles barəsində araşdırmaya başlayıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, aperlin 14-də keçirilmiş prezident seçkisindən sonra baş vermiş iğtişaşlar və qətllərlə  bağlı məsuliyyət daşıyır.

 

Bu sayaq məsələləri araşdırmaqdan ötür parlamentin özəl komissiyasının yaradılacağı gözlənilir.

 

Xatırladaq ki, E.Kaprilesin seçkidə mərhum prezident Uqo Çavesin siyasi varisi  Nikolas Maduroya uduzduğu bildirilib. Bu haqda rəsmi açıqlama elan olunduqdan sonra keçmiş namizəd tərəfdarlarını dinc etiraz aksiyasına çağırıb.

 

Aksiyalar zamanı bir neçə nəfər həlak olub. Baş verən olaylara görə hakimiyyət təmsilçiləri Kaprilesi «faşist və qatil» adlandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar