
Qadının həbsdəki ərinə narkotik ötürmək cəhdi baş tutmadı
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Lent.az-a Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə getmiş arvadı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan gödəkcənin cibində gizlədilmiş bükülüdə 2.1 qram narkotik maddə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28