Dekabrın 22-də Bakı şəhəri Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Q.Qarayev prospektində naməlum şəxs Ümüdə Ələsgərovanın qızıl boyunbağısını, mobil telefonunu və 53 manatını alıb.
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Elşən Mehdiyev dekabrın 24-də tutulub.
Araşdırmalar davam etdirilir.