QAT Fransa səfirliyi qarşısında aksiya keçirib
01 mart 2013 15:58 (UTC +04:00)

QAT Fransa səfirliyi qarşısında aksiya keçirib

0

Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü bu gün Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu barədə Lent.az-a təşkilatdan məlumat verilib. Aksiya iştirakçıları “Fransaya ar olsun!”, “Cinayətkarların cəzalandırılmasını tələb edirik!”, “Fransa+Ermənistan=terror! və digər şüarları səsləndirmiş, plakatları qaldırmışlar. Sonda aksiyanın qətnaməsi səfirliyə təqdim edilib. Sənəddə qeyd olunur ki, QAT Fransanın paytaxtı Parisdə Azərbaycanlı diaspor nümayəndələrinin döyülməsini terror hərəkəti kimi dəyərləndirir, Mirvari Fətəliyeva və Vüsal Həsənovun ermənilər və fransızlar tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı obyektiv araşdırma aparmalı və rəsmi açıqlama verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 667

Oxşar yazılar