Qayınatasını, qayınanasını və qaynını güllələdi
01 iyun 2013 12:39 (UTC +04:00)

Qayınatasını, qayınanasını və qaynını güllələdi

0

Azərbaycanda yeznə qayınatasını, qayınanası və qaynını gülləyib.


 

Ağcabədi Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, rayon ərazisindəki fermada məskunlaşmış Laçın rayon sakini, 25 yaşlı Tural Allahverdiyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qayınatası Cəbrayıl Hüseynova, qayınanası Güldəstə Hüseynovaya və qaynı Valeh Hüseynova xəsarət yetirib.

 

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T. Allahverdiyev tutulub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1945

Oxşar yazılar