Bir gecədə iki ev yandı
15 avqust 2017 10:48 (UTC +04:00)

Bir gecədə iki ev yandı

0

Azərbaycanda bir gecədə iki ev külə dönüb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Qazaxın Birinci Şıxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülu birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bundan başqa Ağstafa rayonunda da yanğın hadisəsi olub. Ağstafa sakininə məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar