Qazaxıstanda snayper yarışları keçirilir
31 iyul 2017 13:00 (UTC +04:00)

Qazaxıstanda snayper yarışları keçirilir

0

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək  davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar