Qobustan rayonunda mənzildə partlayış baş verib.
APA-nın məlumatına görə, rayonun Ərəbşalvaş kəndində atasına məxsus evdə yaşayan 1993-cü il təvəllüdlü Cavadova Aynur Şahmərdan qızı hamam otağında qaz partlayışı zamanı ağır yanıq xəsarətləri alıb.
Aynur Cavadova hamamdakı kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlıq edib və qaz partlayışı baş verib.
Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan A. Cavadova Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.