
Qoyun oğruları tapıldı
Oğurluq etdiyinə görə tutulan A.Tağıyevin ətrafında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun Beyləqan rayon sakini R.Hüseynli və K.Baxşəliyevlə birgə K.Muxtarova, Ş.İsgəndorva və onun qardaşına məxsus, ümumilikdə 18 baş inəyi oğurlaması da müəyyən edilib.
Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, davam etdirilən tədbirlərlə R.Hüseynli və K.Baxşəliyev də saxlanılıb.
Biləsuvar rayon Polis Şöbəsinə müraciət edən Xırmandalı kənd sakini B.Xankişiyev bu il avqustun 10-da Ağalıkənd kəndinin ərazisindəki fermadan 5 baş qoyununun oğurlanmasını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov tutulub.
Ətraflarında aparılmış tədbirlərlə onların İ.Nuraliyevə və D.Cəfərova məxsus 15 baş qoyunu oğurlamaları da müəyyən edilib.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28