Qubada bıçaqlanma
13 aprel 2013 10:21 (UTC +04:00)

Qubada bıçaqlanma

0

Ötən gecə Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Azər Mövlud oğlu Qəribov rayonun Qam-qam kəndində bıçaqlanıb. O, döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə  şöbəsinə yerləşdirilib.

 

A.Qəribovu bıçaqlayan şəxsin qonşusu, Qam-qam kəndinin sakini Firdovsi Abdullayev olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1083

Oxşar yazılar