Qubada güclü yanğın: ölən var
04 iyun 2013 13:11 (UTC +04:00)

Qubada güclü yanğın: ölən var

0

Quba şəhərində güclü yanğın hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağamalıoğlu küçəsində yaşayan Raqib İsazadəyə məxsus 2 mərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə 80 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra R.İsazadənin yanmış meyiti tapılıb.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1051

Oxşar yazılar