Quba rayonunun Möhüc kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən 37 yaşlı Qəni Almasov noyabrın 18-də itkin düşüb.
Lent.az DİN-ə istinadən xəbər verir ki, o, Mərkəzi Rayon Xəstəxanasına gəlib, oradan çıxdıqdan sonra isə evə qeri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Quba rayon Polis Şöbəsinə müraciət edib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.