Bakıda "London taksi"ni qaçırdılar
14 avqust 2017 11:52 (UTC +04:00)

Bakıda "London taksi"ni qaçırdılar

0

 

Bakıda taksi qaçırılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar