Rus mütəxəssis: Elşad Abdullayevin yaydığı videolar yararsızdır
25 aprel 2013 12:43 (UTC +04:00)

Rus mütəxəssis: Elşad Abdullayevin yaydığı videolar yararsızdır

0

 

Keçmiş millət vəkili Gülər Əhmədova ilə əlaqədar yayılan videomaterialla bağlı rusiyalı mütəxəssisdən rəy alınıb. Lent.az-ın məlumatına görə, bu barədə aznews.az-a hazırda istintaq təcridxanasında saxlanılan G. Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, rəy aldıqları mütəxəssis Rusiyada bu sahədə tanınmış mütəxəssisdir: “Azərbaycanda fonoaudio mütəxəssisi olmadığından biz rusiyalı mütəxəssisə müraciət etdik. Artıq ilk nəticəni şifahi olaraq bizə bildirib. Mütəxəssisin fikrinə görə, həmin videomaterial istintaq üçün yararsızdır. İlkin qənaətə görə, materialda səs kadrlara uyğun gəlmir, sinxronluq pozulub və başqa akustik sahədən götürülüb. Yaxın zamanda biz yazılı olaraq həmin rəyi əldə edib istintaqa təqdim edəcəyik. Ola bilsin ki, həmin mütəxəssisin özünün şəxsən mətbuata açıqlama verməsi ilə bağlı da razılıq əldə edək”. 

Materialı tam olaraq əldə etdikdən sonra istintaqdan təkrar ekspertiza tələb ediləcəyini istisna etməyən R. Mustafayev son olaraq yayılan və tam versiya olduğu bildirilən görüntüləri də şübhə altına alıb: “Biz haradan bilək ki, bu, doğrudan da tam mətndir? Deyirlər ki, guya təhlükəsizlik kamerası ilə çəkilib, əgər belədirsə, o zaman səs niyə qoşulub”?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1880

Oxşar yazılar