Rusiyada adam öldürmüş şəxs Bakıda tutuldu
05 sentyabr 2017 13:17 (UTC +04:00)

Rusiyada adam öldürmüş şəxs Bakıda tutuldu

0

Bakıda oğurluq edərkən yaxalanan şəxsin başqa cinayətləri üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Nərimanov rayonu ərazisindəki marketlərdən birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə) və 164-cü (mənimsəmə) maddələri ilə axtarışda olması müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar