Sankt-Peterburqun Udarnikov prospektində yerləşən evdə, 29 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb.
Lent.az-ın “kurier-media.ru” saytına istinadən verdiyi məlumata görə, həkimlər xəstəxanaya yerləşdirilən soydaşımızın həyatını xilas edə bilməyiblər.
Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətdikdən sonra qaçıb gizlənmiş Azərbaycan vətəndaşı, 47 yaşlı Ələsgər Məlikov saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, o, hadisə vaxtı həmin mənzildə olub. İçkili vəziyyətdə həmyerli ilə mübahisə edən Ələsgər Məlikov onu bıçaqlayıb.