Rusiya polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Moskva vilayətinin Stupinsk rayonunda girov saxlanılan Azərbaycan vətəndaşı azad edilib.
Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı həmin şəxsi oğurlayaraq girov saxlayan 8 Azərbaycan vətəndaşı həbs edilib.
Girov saxlanılan azərbaycanlı bildirib ki, dekabrın ortalarında 4 naməlum şəxs onu döyüb, travmatik tapançadan açılan atəşlə yaralayıb, sonra da avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıb. Növbəti gün oğurlanan şəxsin qohumlarına zəng gəlib və onun azadlığa çıxması üçün əvvəlcə 25 milyon rubl (təxminən 750 min dollar), daha sonra isə 15 milyon rubl tələb ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.