Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzlayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən Sabirabad rayonunda Sabirabad Sənaye Məhəlləsi yaradılıb.
Müəyyən edilib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Sabirabad Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq;
Sabirabad Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.
Nazirlər Kabineti Sənaye Məhəlləsinin fəaliyyəti üçün Sabirabad rayonu ərazisində 20,3 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib prezidentinə məlumat verməlidir.
Torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini dörd ay müddətində təmin Edib prezidentə məruzə etməlidir