Sabirabadda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də şəhər ərazisindən rayon sakini Lətafət Abbasovaya məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Faiq Qasımov saxlanılıb.
Araşdırma aparılır.